...

İğdırda ermənicə "Xoş gəlmisiniz" yazısına etiraz edildi

Cəmiyyət Materials 6 Oktyabr 2015 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

İğdırın Tuzluca rayonunun girişində türk və kürdcədən əlavə, erməni dilində də "Xoş gəlmisiniz" yazılmasına etirazlar davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, mərkəzi İstanbulda yerləşən İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu İğdır valisi Davut Haneyi ilə görüşərək məsələ ilə bağlı öz etirazını bildirib. Bu işdə məsuliyyət daşıyan şəxslər haqqında qanun çərçivəsində tədbirlərin görülməsini tələb edən diaspor rəhbəri təşkilatın etiraz məktubunu valiyə çatdırıb.

Etiraz məktubunda bildirilir ki, tarix boyu türklərə qarşı törədilmiş soyqırımlar unudulub, yaxın keçmişimizdə qardaş Azərbaycanın Qarabağ bölgəsi işğal edilərək on minlərlə soydaşımız qətlə yetirilib, Xocalı şəhərində bir gecədə 613 dinc sakin soyqırıma məruz qalıb, bir milyondan çox insan öz torpağından didərgin düşüb.

Avropa və dünya ictimaiyyətinin bu soyqırıma, insanlıq əleyhinə cinayətə biganə münasibətini vurğulayan S.Qaraqoyunlu Türkiyə və türk xalqının bu haqsızlığa qarşı səssiz qalmadığını, münaqişə həllini tapanadək Ermənistanla sərhədləri bağladığını xatırladıb. Diaspor rəhbəri belə bir həssas məsələnin ardınca Tuzlucada edilmiş hərəkəti yanlış hesab edir və bu səhvin düzəldilməsi üçün konkret addımların atılmasını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti