...

Səfir: Azərbaycanla Koreya arasında elm, təhsil sahəsində əlaqələr uğurla davam edəcək

Cəmiyyət Materials 8 Oktyabr 2015 15:04 (UTC +04:00)
Diplomatik missiyası başa çatan Koreyanın Azərbaycandakı səfiri Bakı Dövlət Unuversitetində (BDU) olub.
Səfir: Azərbaycanla Koreya arasında elm, təhsil sahəsində əlaqələr uğurla davam edəcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Diplomatik missiyası başa çatan Koreyanın Azərbaycandakı səfiri Bakı Dövlət Unuversitetində (BDU) olub.

BDU-nun İctimiayyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn ilə görüşüb.

Rektor Abel Məhərrəmov koreyaşünaslıq ixtisasının tədrisi, indiyədək bu ixtisas üzrə məzun olmuş mütəxəssislərin Koreyanın müxtəlif universitetlərində təcrübə keçmələri, səfirliyin dəstəyi ilə təşkil olunmuş müsabiqələr barədə söhbət açıb və bütün bu işlərin həyata keçirilməsində səfir Çoi Suk İnin böyük dəstəyini qeyd edib.

Səfir Çoi Suk İn, öz növbəsində, diplomatik fəaliyyətinin başa çatması ərəfəsində BDU-ya dəvət edildiyi üçün rektora təşəkkür edərək, universitetlə bağlı xoş xatirələrini bölüşüb. O, Koreya dövlət proqramlarına əsasən, hər il 10 azərbaycanlı tələbənin bakalavr, magistr və fəlsəfə doktoru üzrə Seulda təhsil almalarından və həmin proqramlarda BDU tələbələrinin iştirakından bəhs edib.

Səfir Azərbaycan ilə Koreya arasında elm, təhsil sahəsində əlaqələrin gələcəkdə də uğurla davam edəcəyinə ümidvar olduğunu söyləyib. Qeyd edək ki, görüşdə səfir müşaviri Tae Yun Youl və BDU-nun uzaq şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, dosent Oqtay Cəlilbəyli də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti