...

Bakıya yeni taksilər gətiriləcək

Cəmiyyət Materials 6 Noyabr 2015 16:02 (UTC +04:00)
Bakıdakı taksilərin sayı artırılacaq.
Bakıya yeni taksilər gətiriləcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmir Murad/

Bakıdakı taksilərin sayı artırılacaq. Bunu Trend-ə açıqlamasında "Bakı Taksi Xidməti" MMC-nin rəhbəri İlqar Qasımov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum dövlət büdcəsindən maliyyələşdiyi üçün bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunacaq.

İ.Qasımov qeyd edib ki, Bakıdakı taksilərin sayının artırılması ilə bağlı son qərarı nazirlik verəcək: "Taksilər dövlət büdcəsi hesabına alınır. Gələcəkdə taksilərin sayının artırılması ilə əlaqədar investisiya xərcləri nəzərdə tutulur. Ona görə də bu məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət olunacaq".

Bakıda yaxın gələcəkdə yalnız ağ, sarı və bənövşəyi rəngli taksilərin olacağını deyən MMC rəhbəri vurğulayıb ki, nazirlik müsbət rəy verdiyi təqdirdə qurum yenə də "London taksi"ləri almağı düşünür: "London taksiləri həqiqətən də sərnişindaşınma üçün bilavasitə istehsal olunmuş avtomobillərdir. Ona görə də bizim inkişaf planlarımız bu avtomobillərlə xidməti təşkil etməkdir. Ancaq gələcəkdə sərnişinlərin müxtəlif kateqoriyalarına, seqmentlərinə düzgün və tələb olunan xidmətlərin təqdim olunması üçün digər avtonəqliyyat vasitələri də xidmətə buraxıla bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti