...

Gəncədə növbəti dəfə beynəlxalq layihə keçiriləcək

Cəmiyyət Materials 18 Noyabr 2015 18:16 (UTC +04:00)
“Odlar Yurdu” Gənclər İctimai Birliyi növbəti dəfə cari ilin 25-30 noyabr tarixlərində “Avropanın 2016-cı ildə Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində beynəlxalq layihə həyata keçirəcək.
Gəncədə növbəti dəfə beynəlxalq layihə keçiriləcək

Bakı. Trend:

"Odlar Yurdu" Gənclər İctimai Birliyi növbəti dəfə cari ilin 25-30 noyabr tarixlərində "Avropanın 2016-cı ildə Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində beynəlxalq layihə həyata keçirəcək.

Trend-in məlumatına görə, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutacaq "Gəncə-2016" Avropalı gənc yazarların hekayələrində" adlı beynəlxalq layihənin əsas məqsədi "Gəncə 2016 "Avropa Gənclər Paytaxtı" statusunun təbliğ olunmasına xidmət etməkdir. Layihədə 13 ölkədən ümumilikdə 35 gənc iştirak edəcək. Dəvət olunmuş gənc yazarlar, blogerlər, jurnalistlər və fəal ictimai gənclərə layihənin icrası müddətində Azərbaycan həqiqətləri, gənclər siyasəti, qazanılan uğurlar, ölkədə həyata keçirilən mötəbər beynəlxalq və yerli layihələr və s. haqqında geniş məlumatlar veriləcək. Layihənin rəhbəri Nigar Ələsgərovanın sözlərinə görə gənc fəallar öz hekayə və məqalələri vasitəsi ilə Azərbaycanın - Gəncə şəhərinin təbliğinə xidmət etmiş olacaqlar. Beləki, layihənin şərtlərinə görə layihə iştirakçıları 5 gün müddətində müxtəlif görüşlər və təqdimatlarda iştirak edir, ekskursiya və gəzintilərdə Gəncənin 4000 illik tarixi , Avropa Gənclər Paytaxtı seçilməsi və s. haqqında ətraflı məlumatlar əldə edirlər. Eyni zamanda onlara xarici dildə müxtəlif kitablar, braşürlər və s. təqdim olunacaq.

Layihənin son günündə iştirakçı gənclər yazdıqları hekayələri, məqalə və bloqları təqdim edirlər. Daha sonra hər bir iştirakçı təəsüratlarını və yazdığı məqalələri idarə etdiyi xəbər saytlarında, blog və sosial şəbəkələrdə izləyicilərinə təqdim edirlər. Avropa gənci 2016-ci ildə Paytaxt şəhərini və dolayısı ilə Azərbaycanı tanımış olur. Layihə rəhbərinin sözlərinə görə digər ölkələrdə Azərbaycanın tanıdılması prosesində onların özlərindən istifadə vasitəsi daha effektiv nəticə əldə olunmasına zəmin yaradır.

"Gəncə-2016" Avropalı gənc yazarların hekayələrində" layihəsinin tərəfdaş qurumları isə AR Mədəniyyət və Turizm Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsidir.

Layihənin təntənəli açılış mərasimi noyabrın 26-da Gəncədə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti