• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

“Azərsu” ASC Dünya Su Şurasının 7-ci Baş Assambleyasında iştirak edib (FOTO)

26 Noyabr 2015 13:41 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

12-14 noyabr 2015-ci il tarixlərində Fransanın Marsel şəhərində Dünya Su Şurasının (DSŞ) 7-ci Baş Assambleyası keçirilib.

"Azərsu" ASC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ilk dəfə olaraq "Azərsu" ASC Assambleyada iştirak üçün dəvət almış və bu məqsədlə nümayəndə heyəti Fransada səfərdə olmuşdur.

Baş Assambleyada dünyada su siyasətinin əsas istiqamətləri, mövcud vəziyyət və perspektivlər, növbəti 3 il üzrə fəaliyyət strategiyası, iş planı, maliyyə məsələləri, DSŞ Konstitusiyasına dəyişikliklər barədə müzakirələr aparılmış, Şuranın İdarə Heyətinə seçkilər keçirilmişdir. Qeyd edək ki, DŞŞ-nin ali orqanı hər 3 ildən bir keçirilən Baş Assambleyadır. Assambleyalararası dövrdə Şuraya 35 nəfərdən ibarət İdarə Heyəti rəhbərlik edir.
İdarə Heyətinə seçkilərdə "Azərsu" ASC-nin namizədliyi "Hökumətlər və hökumət orqanları bölməsi" üzrə qeydə alınmış və bu barədə üzv ölkələrin nümayəndə heyətləri ətraflı məlumatlandırılmışdır. Bu bölmə üzrə keçirilmiş seçkilərdə ABŞ, Fransa, Braziliya, Türkiyə, Yaponiya, Koreya, Macarıstan və digər ölkələri təmsil edən dövlət və hökumət təşkilatlarının nümayəndələri də iştirak etmişdir. Gizli səsvermə nəticəsində "Azərsu " ASC-nin sədri Qorxmaz Hüseynov böyük səs çoxluğu ilə DSŞ İdarə Heyətinə üzv seçilmişdir.

Azərbaycanda su təhlükəsizliyi strategiyası əsas götürülərək su sektorunda həyata keçirilən layihələr, su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi proqramlarının hazırlanması, su sektoru üzrə hüquqi bazanın yaradılması, ölkəmizin ətraf mühit üzrə bir sıra beynəlxalq konvensiyalara qoşulması, transsərhəd sularla əlaqədar Helsinki Konvensiyasını ratifikasiya etməsi mühüm nailiyyətlər kimi qiymətləndirilmiş və bütün bu amillər İdarə Heyətinə üzvlüyün dəstəklənməsində böyük rol oynamışdır.
DSŞ-nin təmsilçiləri, eləcə də digər ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda son illər su sektorunda həyata keçirilən layihələri yaxından izlədiklərini qeyd etmiş və bu istiqamətdə görülmüş işləri yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, "Azərsu" ASC su təchizatı və kanalizasiya sektorunda kifayət qədər uğurlara imza atmış bir qurumdur və DSŞ-nin ali qurumunda təmsil olunması görülmüş işlərin məntiqi nəticəsidir.

DSŞ-na üzvlük və qurumun İdarə Heyətində təmsilçilik qlobal su problemlərinin, strateji hədəflərin müəyyən edilməsi, qərarların qəbul olunmasında iştirak baxımından əhəmiyyətlidir. Bu status dünyanın inkişaf etmiş ölkələrinin və qabaqcıl şirkətlərinin təcrübəsindən yararlanmağa, yeni texnologiyalara daha asan çıxış əldə etməyə imkan verir.
"Azərsu" ASC İdarə Heyətinə üzv olmaqla bir sıra problemlərin həllinin təmin edilməsinə səy göstərəcəkdir. Sudan istifadənin su ehtiyatlarını üstələməsinə yol verilməməsi, istifadə edilmiş suyun dərin təmizləmə texnologiyaları ilə yararlı vəziyyətə gətirilməsi və təkrar istifadəsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınması, su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi, atmosfer yağıntılarının toplanaraq daha səmərəli istifadəsinin təmin edilməsi texnologiyalarının işlənməsi, daha mükəmməl sugötürücü qurğuların tətbiqi, suyun keyfiyyət standart və normalarının təkmilləşdirilməsi, "yuxarı axın" ölkələri və "aşağı axın" ölkələrinin qarşılıqlı maraqlarının təmin edilməsi qlobal miqyasda aktual problemlər hesab edilir.

Assambleya çərçivəsində İdarə Heyətinin yeni seçilmiş üzvləri ilə görüşdə "Azərsu " ASC-nin fəaliyyəti barədə geniş məlumat verilmişdir. Onların diqqətinə çatdırılmışdır ki, ölkəmizdə istehlakçıların içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması möhtərəm Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində son illər bu sahədə böyük işlər görülür, keyfiyyətli və dayanıqlı su mənbələri hesabına şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, yeni içməli su mənbələri aşkarlanır, müasir su emalı və sutəmizləyici qurğular inşa edilir, tullantı suları zərərsizləşdirilərək ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Məlumat üçün bildirək ki, DSŞ qlobal miqyasda su problemlərinin həlli məqsədi ilə 1996-cı ildə yaradılmışdır. Şura su ilə əlaqəli beynəlxalq təşkilatları, dövlət qurumları, elm mərkəzlərini, qeyri-hökumət təşkilatlarını birləşdirən çoxistiqmətli beynəlxalq platformadır. DSŞ su ehtiyatlarının mühafizəsi, ədalətli və inteqrasiyalı idarə edilməsi, əhalinin fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması, su ilə əlaqədar ərzaq təhlükəsizliyi, hidroenerji resursların dayanıqlığının təmin edilməsi, çoxşaxəli sanitariya problemlərinin həll olunması istiqamətində fəaliyyət göstərir. Mənzil qərargahı Fransanın Marsel şəhərində yerləşən qurumda 51 ölkədən və 24 beynəlxalq təşkilatdan 350 üzv təmsil olunur. 2013-cü ildən DSŞ-yə üzv olan "Azərsu"ASC ilə yanaşı, Meliorasiya və Su Təsərrüfatı ASC, su sektoru ilə əlaqədar bir sıra digər Azərbaycan təşkilatları da Şurada təmsil olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Azərsu
Azernews Newspaper
Digər xəbərlər
Vətəndaşlar daha bir arayışı elektron qaydada əldə edə biləcək
Biznes və iqtisadiyyat xəbərləri 6 Avqust 2016 15:04
Bakının bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər - SİYAHI
Cəmiyyət 4 Avqust 2016 09:43
Paytaxtın bəzi yerlərində su verilməsində məhdudiyyətlər olacaq - SİYAHI
Cəmiyyət 2 Avqust 2016 09:36
Bakının bəzi hissələrində su olmayacaq - SİYAHI
Cəmiyyət 22 İyun 2016 09:24
Bakının mərkəzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Cəmiyyət 7 Avqust 2013 09:23
Ən çox oxunanlar
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 110 il keçir
Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər (ÖZƏL)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir
Nəzər nöqtəsi
Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Azərbaycan deputatı: "Korrupsiya hesabatı"nın əsas hədəfi bəzi ölkələri qaralamaqdır

Ekspert: Azərbaycan və Türkiyə əməkdaşlıqda yeni müstəviyə keçirlər
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu
Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter