...

Amerikalı memar Bakının ona gözəl təsir bağışladığını deyir (FOTO)

Cəmiyyət Materials 23 Dekabr 2015 08:47 (UTC +04:00)
ABŞ-ın Azərbaycanda həyata keçirdiyi "spikerlər proqramı" çərçivəsində ABŞ-ın tanınmış memarlar Mark Xidekel və Regina Xidekel Azərbaycanda səfərdədilər
Amerikalı memar Bakının ona gözəl təsir bağışladığını deyir (FOTO)

Bakı. Trend:

ABŞ-ın Azərbaycanda həyata keçirdiyi "spikerlər proqramı" çərçivəsində ABŞ-ın tanınmış memarlar Mark Xidekel və Regina Xidekel Azərbaycanda səfərdədilər.

Trend-in məlumatına görə, onlar Bakıda Memarlıq və İnşaat Universitetində, həmçinin Azərbaycan memarlarları ilə görüşlər keçiriblər.

Mark Xidekel Bakıda ikinci səfə olduqlarını və şəhəri çox bəyəndiklərini bildirib: "Bakı Avropa ilə Asiyanın kəsişməsinə yerləşir. Bu Bakıya təkrarolunmaz görüntü verir. Bakı müasir memarlıq abidələri ilə zəngindir. Bu ondan xəbər verir ki, ölkə inkişaf edir. Hesab edirəm ki, buradakı tarixi binaları,qədim küçələri qorumaq lazımdır".

Memar Bakıdaki binaların üzlüklərinin daş olmasını bəyəndiyini deyib. O, Bakıda göydələnlərin tikilməsinin tamamilə mümkün olduğunu deyib: "İlk növbədə iradə ilə, daha sonra texnoloji imkanlar və maliyyə vəsaiti ilə bu mümkündür. Burada vertikal şəkildə çox gözəl binalar tikmək olar. Burada memarlarla görüşlər keçirərkən bir sıra layihələri müzakirə etdik. Məsələn Bayraq Meydanı ətrafında çox gözəl rayon qurmaq mümkündür. Bunu komanda şəklində etmək olar". Hazırda Nyu-Yorkda yaşayan memar horizontal binalar ideyasını dəstəkləyir.

O, bu layihəni çox əlverişli hesab edərək bunu Bakıda tikməyin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, bununla Bakı horizontal binaların tikildiyi ilk paytaxt ola bilər. Memar təklif olarsa, bu sahədə Azərbaycanda işləməyə yazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti