...

Rauf Mirqədirov apelyasiya şikayəti verəcək

Cəmiyyət Materials 28 Dekabr 2015 18:49 (UTC +04:00)
Dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən jurnalist Rauf Mirqədirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verəcək.
Rauf Mirqədirov apelyasiya şikayəti verəcək

Bakı. Samir Məmmədli - Trend:

Dövlətə xəyanətdə ittiham olunaraq həbs edilən jurnalist Rauf Mirqədirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti verəcək. Bu barədə Trend-ə R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.

Vəkil qeyd edib ki, hökmdə R.Mirqədirovun həbs edilməsi üçün heç bir əsas yoxdur: "Hökmdə heç bir sübut göstərilmədi. Hökmdən narazıyıq. Yaxın günlərdə apelyasiya məhkəməsinə müraciət edəcəyik".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov barəsində cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Xatırladaq ki, R.Mirqədirovla bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.

R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti