Bakı. Trend:
Kiyev və bütün Ukraynanın Patriarxı Filaret fəlsəfə elmləri doktoru Nuridə Qurbanovanı Kiyevdə qəbul edib.
Trend-in məlumatına görə, tərəflər görüşdə Ukrayna və Azərbaycan xalqları arasında dost münasibətlərinin olduğunu qeyd ediblər. Patriarx Filaret deyib ki, Ukraynada xeyli sayda azərbaycanlı yaşayır və onlar ölkənin layiqli vətəndaşlarıdır.
N.Qurbanova bildirib ki, Azərbaycanda qədimdən müxtəlif konfessiya və mədəniyyət nümayəndələri arasında unikal qarşılıqlı münasibətlər sistemi qurulub, ölkə toleranrtlıq ənənələrinə, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa vacib töhfə verir.
Görüşdə, həmçinin Kiyevdə N.Qurbanovanın "Xeyirxah işıq" Akademiyasının açılması məsələsi müzakirə edilib. Akademiya yaxın vaxtlarda elmi fəaliyyət göstərməyə başlayacaq.
Xatırladaq ki, 2015-ci ilin avqustunda N.Qurbanova Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığı adından Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir ordeni ilə mükafatlandırıb.
N.Qurbanova Şuşa şəhərində anadan olub. Elmi fəaliyyəti ərzində bri sıra ali beynəlxalq mükafatlarla, ordenlərlə təltif edilib.