Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda əhalinin hər 10 min nəfərinə orta hesabla 35 həkim və 59 orta tibb işçisi düşür.
Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, 2016-cı ilin əvvəlinə ölkədə 573 xəstəxana və 1753 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir.
Bu müəssisələrdə 33,1 min həkim və 56,3 min orta tibb işçisi çalışır.