...

Azərbaycanın təhsil ictimaiyyəti Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününü qeyd edib (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2016 10:21
Azərbaycanın təhsil ictimaiyyəti Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününü qeyd edib.
Azərbaycanın təhsil ictimaiyyəti Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününü qeyd edib  (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın təhsil ictimaiyyəti Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününü qeyd edib.

Trend-in məlumatına görə, Bakının Fuad Fərhadoğlu adına 230 saylı məktəbinin çağırışı ilə keçirilən tədbirdə Bakının 245, 67, 60, 324, 31, 319, 214, 322, 84, 113, 24, 114, Fizika-Riyaziyyat Təmayüllü Lisey, Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, 38 saylı TYM,Fizulu rayonu 5 saylı tam orta məktəb və digər onlarla orta ümumtəhsil məktəblərinin 1000-dən artıq şagird və müəllim kollektivi Milli Qəhrəman Mübariz İbrahimovun ad günün qeyd edib.

Təhsil ictimaiyyəti artıq 4 ildir ki, M.İbrahimovun doğum günününü keçirir.

Tədbirdə təhsil nümayəndələri Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Vətən övladlarının ruhu qarşısında özlərini həmişə borclu hiss etdiklərini bildiriblər. Onlar belə tədbirlərin keçirilməsi ilə M.İbrahimovun qəhrəmanlığının hazırkı nəslə bir örnək kimi göstərildiyini də açıqlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti