...

"İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi" kitabı Meksikada təqdim olunub (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2016 10:20 (UTC +04:00)
Meksikanın mötəbər ali təhsil qurumlarından biri olan “ANAHUAC” Universitetinin (Universidad Anahuac) Qlobal Araşdırmalar Fakultəsində Səfirlik tərəfindən ispan dilinə tərcümə edilmiş və Meksikada nəşr olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” adlı kitabın təqdimat mərasimi keçirilib.
"İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi" kitabı Meksikada təqdim olunub (FOTO)

Bakı. Trend:

Meksikanın mötəbər ali təhsil qurumlarından biri olan "ANAHUAC" Universitetinin (Universidad Anahuac) Qlobal Araşdırmalar Fakultəsində Səfirlik tərəfindən ispan dilinə tərcümə edilmiş və Meksikada nəşr olunmuş "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi" adlı kitabın təqdimat mərasimi keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən məlumat verilib.

Təqdimatda Anahuac Universiteti Beynəlxalq Araşdırmalar Fakultəsinin Dekanı Karlos Kamaço Qaos (Carlos Camacho Gaos), universitetin tələbə, müəllim və müxtəlif dərəcəli elmi işçi heyəti iştirak etmişdir.

Tədbir giriş sözü ilə açan Karlos Kamaço Qaos çıxış edərək bildirmişdir ki, Səfir İlqar Muxtarovun Meksikada diplomatik fəaliyyəti artıq başa çatır, həmçinin bu tədbirin bir növ vidalaşma mərasimi olduğunu söyləyib. K.K.Qaos Səfir İ.Muxtarovun Meksikada olduğu müddət ərzində ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə öz töhfəsini verdiyini bildirib, eyni zamanda Anahuac Universiteti ilə yaxından əməkdaşlıq etməsi münasibətilə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Eləcə də tədbirin mahiyyəti barədə məlumat vermiş, Azərbaycan tarixi həqiqətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Daha sonra Səfir İlqar Muxtarov çıxış edərək, ölkəmizin ərazisi, əhalisi, Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olmasından, həmçinin burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamaları barədə məlumat vermişdir.

Daha sonra İ.Muxtarov, "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi" adlı tarixi kitabın çap edilməsinin əhəmiyyətini qeyd edərək, bu kitabın işıq üzü görməsinin Azərbaycan tarix elmində diqqətəlayiq bir hadisə olduğunu bildirib. Nəzərə çatdırıb ki, kitabda, XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gələn, Cənubi Qafqazın tarixində əhəmiyyətli rol oynayan, XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan Azərbaycan dövlətlərindən birindən - İrəvan xanlığından bəhs olunur. Qeyd edib ki,kitabda XIX əsrin əvvəllərində baş verən Rusiya işğallarına qədər İrəvan xanlığı əhalsinin mütləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olması təkzibolunmaz mənbələr əsasında sübuta yetirilib və erməni müəlliflərin xanlığın xristian əhalisi barədə uydurma fikirləri - əhalinin əksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa olunur.

Həmçinin diqqətə çatdırıb ki, XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən qanlı müharibələr nəticəsində ələ keçirilən İrəvan xanlığının ərazisinə ermənilərin köçürülməsi çoxsaylı arxiv materialları, xüsusilə köçürülmə prosesini tənzimləyən rəsmi dövlət sənədləri - təlimatlar vasitəsilə əks olunub.

Daha sonra səfir İ. Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırmının nəticələrindən bəhs edib. Qeyd etmişdir ki, Xocalıda baş vermiş soyqırım hadisəsi ermənilər tərəfindən 200 ildən artıq müddət ərzində azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlərin davamıdır. Bildirmişdir ki, ermənilər "dənizdən dənizə böyük Ermənistan" yaratmaq barədə təcavüzkar və uydurma ideyalarına əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürmüşdür. Bunun nəticəsi olaraq Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon işğal edilmişdir. 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi soyqırımı nəticəsində 613 nəfərin həyatına son qoyulduğunu diqqətə çatdırılmışdır.

Səfir vurğulamışdır ki, bugünədək Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər cəzasız qalırlar və beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş vermiş hadisələrin tanınması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməkdədir. BMT TŞ-nin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi və qaçqınların öz evlərinə qayıtmaları haqda 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin heç birinin icra olunmadığı qeyd edib.

Eyni zamanda Səfir İ.Muxtarov bildirmişdir ki, artıq bir neçə ölkənin parlamentlərində (Meksika, Kolumbiya, Peru, Panama, Qvatemala, Honduras, Pakistan, Sloveniya və s), həmçinin İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər İttifaqında, Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərarlar qəbul edilmişdir.

Tədbirin yekununda yönəldilən çoxsaylı suallara cavab verilmiş və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir. Həmçinin Səfirlik tərəfindən ispan dilində hazırlanmış və Meksikada dərc edilmiş "Xocalıda Soyqırım" jurnalı, tərəfimizdən ispan dilinə tərcümə edilərək Meksikada nəşr olunmuş "Sumqayıt 1988: Cinayət və Cəza" və "Real tarix və "Böyük Ermənistan" uydurması" kitabları iştirakçılara və universitetin kitabxanasına təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti