...

Nikahdan öncə məcburi tibbi müayinələrin sayı artırıla bilər

Cəmiyyət Materials 25 Fevral 2016 15:55
Azərbaycanda nikahdan öncə bir sıra xəstəliklərlə bağlı müayinə olunma məcburi qaydada həyata keçirilir.
Nikahdan öncə məcburi tibbi müayinələrin sayı artırıla bilər

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda nikahdan öncə bir sıra xəstəliklərlə bağlı müayinə olunma məcburi qaydada həyata keçirilir. Bəzi həkimlər isə nikahdan öncə məcburi müayinə olunan xəstəliklərin siyahısının genişləndirilməsini, hətta genetik xəstəliklərdən də analizlərin bu siyahıya daxil edilməsini zəruri hesab edirlər.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, hazırda nikahdan öncə həyata keçirilən məcburi müayinələrin siyahısını genişləndirmək olar: "Başqa xəstəliklər üzrə də analiz etmək olar. Amma bunların hamısını eyni vaxtda tətbiq etmək asan məsələ deyil. Hökumət düzgün qərar qəbul edərək əsas təhlükə törədən xəstəliklərdən nikahdan öncə analizin məcburi qaydada tətbiq edilməsinə başlayıb".

M.Quliyev hesab edir ki, bir neçə ildən sonra bu məsələyə yenidən baxıla bilər: "Mütəmadi yeni texnologiyalar, müayinə üsulları yaranır. Hesab edirəm ki, yaxın gələcəkdə bu məsələlər nəzərə alınacaq və nikahdan öncə müayinə edilən xəstəliklərin siyahısına yenidən baxılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti