...

Bu il 7 yeni Yanğından Mühafizə Hissə və Bölməsi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 3 Mart 2016 17:33 (UTC +04:00)
Cari ildə 7 yeni Yanğından Mühafizə Hissə və Bölməsi fəaliyyətə başlayıb.
Bu il 7 yeni Yanğından Mühafizə Hissə və Bölməsi fəaliyyətə başlayıb

Bakı. Trend:

Cari ildə 7 yeni Yanğından Mühafizə Hissə və Bölməsi fəaliyyətə başlayıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov mütəmadi olaraq rayonlarda səfərlərdə olur, vətəndaşların qəbulunu, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirir. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapır, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilir və icrası nəzarətə götürülür, səsləndirilən təkliflər qeydə alınaraq sonradan iş prosesində nəzərə alınır. Belə ki, nazirin qəbulları və ictimaiyyət nümayəndələri ilə görüşləri zamanı səsləndirilmiş təklif və müraciətlər də nəzərə alınmaqla, təkcə 2016-cı ilin ötən dövrü ərzində yanğınlarla mübarizənin daha operativ təşkili məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin zəruri texnika və avadanlıqlara malik 7 yeni Yanğından Mühafizə Hissə və Bölməsi fəaliyyətə başlayıb. Cəmi 266 nəfər şəxsi heyətlə təmin olunması nəzərdə tutulan bu hissə və bölmələr hələlik ümumilikdə 101 nəfərlə komplektləşdirilib. Belə ki, bunlardan Sumqayıt şəhəri 24 saylı Yanğından Mühafizə Hissəsi 62 nəfərlik ştat vahidindən hələlik 39 nəfərlə, Sabunçu rayonu 24 saylı Yanğından Mühafizə Bölməsi (YMB) 38 nəfərə qarşı 12 nəfərlə, Sumqayıt şəhəri 34 saylı YMB 38 nəfərə qarşı 19 nəfərlə, Goranboy rayonu (Tapqaraqoyunlu kəndi) 65 saylı YMB 24 nəfərə qarşı 2 nəfərlə, Nizami rayonu 20 saylı YMB 38 nəfərə qarşı 5 nəfərlə, Suraxanı rayonu 28 saylı YMB 38 nəfərə qarşı 24 nəfərlə komplektləşdirilib. Həm bu hissə və bölmələrdə boş qalan yerlərin doldurulması, həm də hələlik əməkdaşların ezam olunması hesabına fəaliyyətə başlamış Ağcabədi rayonu 50 saylı YMB-nin yaxın zamanlarda 28 nəfər şəxsi heyətlə komplektləşdirilməsi həyata keçiriləcək.

Bundan əlavə, ümumilikdə 352 nəfərlik şəxsi heyəti özündə birləşdirəcək 12 yeni Yanğından Mühafizə Bölməsi, o cümlədən hər birində 28 nəfər şəxsi heyət olmaqla Quba rayonu 99 saylı və Qəbələ rayonu 96 saylı YMB-nin, hər birində 38 nəfər şəxsi heyət olmaqla Binəqədi rayonu 3, 4, 5 saylı və Qaradağ rayonu 16 saylı YMB-nin, hər birində 24 nəfər şəxsi heyət olmaqla Qax rayonu 92 saylı, Balakən rayonu 57 saylı, Salyan rayonu 117 saylı, Qəbələ rayonu 97 saylı, Qusar rayonu 100 saylı və Füzuli rayonu 69 saylı YMB-nin yaxın zamanda fəaliyyətə başlaması nəzərdə tutulur.

Ölkə ərazisində yanğından mühafizə işinin yüksək səviyyədə təşkili, yanğınlarla operativ və fasiləsiz mübarizənin təmin edilməsi məqsədilə yeni yanğından mühafizə bölmələrinin yaradılması, onların ən müasir texnika və avadanlıqlarla, kadr heyəti ilə təchiz edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti