...

NATO-nun mobil qrupu Bakıda təlim kursu keçirib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2016 12:52 (UTC +04:00)
NATO-nun Quru Qoşunları İzmir komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq" mövzusunda kurs təşkil edilib.
NATO-nun mobil qrupu Bakıda təlim kursu keçirib (FOTO)

Bakı. Trend:

NATO-nun Quru Qoşunları İzmir komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq" mövzusunda kurs təşkil edilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Təlim kursu Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzində Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrinin birgə iştirakı ilə keçirilib.

İştirakçılara operativ və taktiki səviyyədə "Döyüş sahəsinin hazırlığı", "Məlumatların toplanılması, təhlili və ötürülməsi" və digər mövzularda mühazirələr təqdim olunub, eləcə də praktiki vərdişlərin artırılması məqsədilə sülhməramlı əməliyyatlar ssenarisinə uyğun komanda-qərargah məşqləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti