...

Bakıda yük avtomobillərinin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı dəyişdirildi

Cəmiyyət Materials 11 Mart 2016 16:18 (UTC +04:00)
Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar yük avtomobillərinin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı dəyişdirilib.
Bakıda yük avtomobillərinin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı dəyişdirildi

Bakı. Trend:

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar yük avtomobillərinin hərəkətinə qoyulan məhdudiyyətin vaxtı dəyişdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 09.03.2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.

Qeyd edək ki, 09.03.2016-cı il tarixinədək məhdudiyyət müddəti mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti