...

Gələcəyin ən perspektivli ixtisasları hansılardır? (FOTO)

Cəmiyyət Materials 17 Mart 2016 10:31 (UTC +04:00)
Ayət Bağırov - Gəncə Cihazqayırma Zavodunun icraçı direktoru: "Mühəndislik bu gün ən çox qazandıran ixtisaslardandır. Texnologiyaların sürətli inkişafı bu səhənin gələcəyini daha parlaq edəcək".
Gələcəyin ən perspektivli ixtisasları hansılardır? (FOTO)

Bakı. Trend:

Ayət Bağırov - Gəncə Cihazqayırma Zavodunun icraçı direktoru: "Mühəndislik bu gün ən çox qazandıran ixtisaslardandır. Texnologiyaların sürətli inkişafı bu səhənin gələcəyini daha parlaq edəcək".

Son zamanlar ölkəmizdə gənclərin humanitar elmləri əhatə edən fəaliyyət sahələrinə, bu sahə üzrə ixtisaslara marağının getdikcə artdığı müşahidə olunur. Bəs görəsən ən çox mütəxəssis ehtiyacı hiss olunan, ən yaxşı iş və yüksək gəlir vəd edən sahələr həqiqətən də bunlardırmı?

Gəncə Cihazqayırma Zavodunun icraçı direktoru Ayət Bağırov deyir ki, son illərdə Azərbaycanda yaradılan çoxsaylı sənaye müəssisələri, istehsalat obyektləri bu sahələr üzrə mütəxəssislərə, peşəkar mühəndislərə ehtiyacı artırıb. İdxaldan asılılığın azaldılması istiqamətində həyata keçirilən dövlət siyasəti bu tendensiyanın davam edəcəyini söyləməyə əsas verir. Yeni istehsal müəssisələri isə peşəkar mütəxəssislərə, mühəndislərə tələbatı daha da artıracaq:

"Bu gün bizim nəinki yaxşı mühəndisə, hətta yaxşı ustaya da ehiyacımız var. Ancaq diplom sahibinə yox, həqiqi mütəxəssisə. Bu təlabat getdikcə daha da artcaq. Gəncə Cihazqayırma Zavodunun yaradılmasından cəmi 5 il ötsə də istehsal etdiyimiz məhsulların çeşidi artıq onlarladır. Hazırda ən müasir tələblərə və standartlara cavab verən müxtəlif təyinatlı su sayğacları, turbinli cihazlar, qaz tənzimləyiciləri, yardımçı montaj vasitələri, kompozit materialdan müxtəlif avadanlıqlar istehsal edirik. Hansı ki, bunların çoxu əvvəllər ölkəmizə xaricdən gətirilirdi. Eksperiment olaraq günəş enerjisi ilə su qızdıran qurğular hazırlayırıq. Bütün bunların icrasına isə yaxşı maşınqayırma mühəndisi lazımdır. Bu gələcəyin ən perspektivli ixtisaslarındandır. Gənclər bu sahəyə diqqəti artırmalı, yaxşı təhsil almalı, tələbəlik illərindən başlayaraq istehsalat təcrübəsi qazanmağa çalışmalıdırlar. Biz Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq edirik. Ordakı maşın mühəndisliyi ixtisasının tələbələri üçün təcrübə keçməyə şərait yaradırıq. Mən özüm də 1981-ci ildə bu ali məktəbin maşınqayırma texnologiyası ixtisasını bitirmişəm. Bu gün orda təhsil almaq üçün şərait daha əlverişlidir. Gənclər ancaq yaxşı oxumaq barədə düşünməli, praktik biliklərə və xarici dillərə yiyələnməlidirlər. Onda əmin olsunlar ki, yaxşı iş və yüksək əməkhaqqı sarıdan çətinlik çəkməyəcəklər. Elə indi də bir çox özəl şirkətlərdə, səhmdar cəmiyyətlərdə, hətta bəzi dövlət müəssisələrində yüksək əməkhaqqı ilə xeyli mühəndis çalışır.

Gənclərimizə bir daha xatırlatmaq istəyirəm ki, mühəndislər bu gün dünyada ən çox qazanan üç peşə sahibindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti