...

Ombudsman: Boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıqdır

Cəmiyyət Materials 13 Aprel 2016 12:30 (UTC +04:00)
Ailə-məişət zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıqdır.
Ombudsman: Boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıqdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Ailə-məişət zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıqdır.

Trend-in məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova aprelin 13-də Milli Məclisdə (MM) təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı deyib.

Bunu çox ciddi problem sayan ombudsman ona təəssüfləndiyini də söyləyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Omdudsmanın bu fikirləri ilə razılşmayıb: "Elmira xanım, bu fikirlərinizlə insanların ürəyinə qorxu salırsınız. Düzdür, bizdə əxlaqsızlıq yuvaları var. Bunlar dünyanın hər yerində mövcuddur. Amma onlar bizdə o qədər də çox deyil. Həm də müvafiq nazirliklərimiz, eləcə də komitəmiz bunlara qarşı çox ciddi mübarizə aparırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti