...

Gəncədə Beynəlхalq Yer Günü qeyd edilir

Cəmiyyət Materials 27 Aprel 2016 17:19 (UTC +04:00)
Gəncədə Beynəlхalq Yer Günü qeyd edilir.
Gəncədə Beynəlхalq Yer Günü qeyd edilir

Bakı. Trend:

Gəncədə Beynəlхalq Yer Günü qeyd edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 Saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin EMM və Ekoloji Təbliğat şöbəsinin baş məsləhətçisi İlkin Hacıyev bildirib ki, Beynəlхalq Yer Gününün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında "Ağac günü" kimi qeyd olunmağa başlanılıb və bu gün rəsmi olaraq bayram günü elan olunub. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer günü" adlandırılıb.

1990-cı ildən başlayaraq "Yer günü"nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli parklara həsr edilb. Bunda məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həlli üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olub. Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur. Beynəlхalq Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən hər il 22 aprel Beynəlхalq Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. Bu il də Beynəlхalq Yer Günü ilə əlaqədar Gəncə şəhərində yerləşən təhsil müəsssisələrində silsilə tədbirlər keçirilmiş.şöbə əməkdaşları tərəfindən iməclik təşkil olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti