...

Hərbi Prokurorluq əməkdaşları əmək haqlarının 20%-ni Azərbaycan SQ Yardım Fonduna köçürüblər

Cəmiyyət Materials 27 Aprel 2016 17:39 (UTC +04:00)
Respublika Hərbi Prokurorluq orqanlarının əməkdaşları könüllü olaraq əmək haqlarının 20%-ni Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna köçürüblər.
Hərbi Prokurorluq əməkdaşları əmək haqlarının 20%-ni Azərbaycan SQ Yardım Fonduna köçürüblər

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüququn tələbləri kobud şəkildə pozularaq Azərbaycanın cəbhəboyu, həmçinin, təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutulur.

Trend-in məlumatına görə, Respublika Hərbi Prokurorluğunun əməkdaşları cəbhə xəttində baş verənlərlə bağlı qanunvericiliyə müvafiq olaraq müxtəlif araşdırma tədbirləri həyata keçirməklə Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına əsasən birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirir.

Görüşlərdə şəxsi heyətin vətənpərvərlik, dostluq, qardaşlıq mühitinin formalaşdırılması, qarşılıqlı, sağlam və işgüzar münasibətlərin nizamnamələr çərçivəsində qurulması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi barədə maarifləndirici söhbətlər aparılır.

Bu günlərdə Respublika Hərbi Prokurorluq orqanlarının əməkdaşları könüllü olaraq əmək haqlarının 20%-ni Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna köçürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti