Bakı. Trend:
Bu gün Gəncə Avropa Gənclər paytaxtı 2016-nın açılış tədbirlərinə başlanılır.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, səhər saatlarından xarici qonaqlar Gəncə Beynəlxalq hava limanında qarşılanır.
Günorta saatlarında şəhərlə tanışlıqdan sonra Göygöl Milli Parkında gəzinti nəzərdə tutulub.
Sabah tədbirin rəsmi açılışı olacaq. Tədbir mayın 5-dək davam edəcək.