...

"Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnir başa çatdı (FOTO)

Cəmiyyət Materials 7 May 2016 17:45 (UTC +04:00)
Bu gün Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnir başa çatıb.
"Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnir başa çatdı (FOTO)

Bakı. Trend:

Bu gün Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnir başa çatıb.

Azərbaycan Üzgücülük Federasiyasından Trend-ə verilən məlumata görə, 3-4-cü yerlər uğrunda mübarizə aparan Moldova və İsveçrə komandalarının görüşü birincilərin 12-8 hesablı qələbəsi ilə nəticələrib.

Turun sonuncu oyununda Azərbaycan və Rumıniya milli komandaları qarşılaşıb. Gərgin keçən oyunda Rumıniya vaterpolçuları 7-15 hesabı ilə qalıb gələrək "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnirin birincisi olublar.

Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun sözlərinə görə, beynəlxalq turnirin sonunda qaliblərə Kuboklar təqdim olunub. Vaterpolçuları Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, millət vəkili Xanlar Fətiyev təbrik edib, onlara uğurlar arzu edib.

X.Fətiyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan vaterpolçuları Su İdmanı Federasiyasının son 30 il tarixində ən böyük uğura imza atdı: "İdmançılarımız U-19 Avropa çempionatının final mərhələsinə vəsiqə qazandılar. Bu tək bizim Federasiyanın deyil, bütün Azərbaycanın uğurudur. Mən bu böyük uğur münasibətilə bütün idmansevərləri, su polosu üzrə milli komandamızın üzvlərini ürəkdən təbrik edirəm".

Onun sözlərinə görə, son illər günü-gündən inkişaf edən ölkəmizdə bütün sahələrdə olduğu kimi idmanda da nailiyyətlər göz qabağındadır. Ən mötəbər yarışların və turnirlərin keçirilməsinə yüksək səviyyədə ev sahibliyi etməyi bacaran Azərbaycanda ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində gözəl idman qurğuları, stadionlar, su hovuzları, olimpiya kompleksləri inşa olunaraq idmançılarımızın ixtiyarına verilib.

X.Fətiyev əlavə edib: "Bir il bundan qabaq Bakı Su İdman Sarayında ilk keçirdiyimiz beynəlxalq turnirin açılışı zamanı mən Prezident İlham Əliyevə belə gözəl və hər şəraiti olan bir idman qurğusunu bizim idmançılara bəxş etdiyi üçün minnətdarlığımı bildirərək qeyd etmişdim ki, bu diqqət və qayğı öz əməli nəticəsini verəcək. Bəli, bü gün biz sevinirik. Çünki artıq bəhrəsini görməyə başlamışıq. Vaterpolçularımız U-19 Avropa çempionatının final mərhələsinə vəsiqə qazandılar. Üzgüçülərimizdən Maksim Şemberyev RİO 2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Bu uğurlar bizi sevindirir. Söz veririk ki, bundan sonra ölkə başçısının idmançılarımıza, Azərbaycan idmanının inkişafına verdiyi töhfələrin əvəzində yüksək nəticələr göstərməyə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti