...

Cahangir Hacıyev bir neçə xəstəlikdən əziyyət çəkir

Cəmiyyət Materials 19 May 2016 16:03 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev bir neçə xəstəlikdən əziyyət çəkir.
Cahangir Hacıyev bir neçə xəstəlikdən əziyyət çəkir

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev bir neçə xəstəlikdən əziyyət çəkir. Bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layıcov məlumat verib.

Vəkil bildirib ki, bu gün yenidən C.Hacıyevlə görüşüb: "Səhhəti normal deyil. Cahangir Hacıyevdə ürək-damar (aorta) genişlənməsi, fəqərələrarası yırtıqlar və yüksək qan təzyiqi var. Müalicə olunmasa, onun həyatı üçün təhlükə get-gedə artacaq. Mənimlə görüşəndə də vəziyyəti yaxşı deyildi. Hazırda Cahangir Hacıyev 1 saylı Bakı İstintaq təcridxanasında ciddi həkim nəzarətində saxlanılır. Mütəmadi olaraq ailəsi tərəfindən dərman preparatları ilə təmin olunur".

A.Layicov deyib ki, C.Hacıyev həkim nəzarətində saxlanılsa da, onun təcridxana şəraitində müalicəsi mümkün deyil: "Onu müalicə etmək üçün Penitensiar Xidmətdə lazımi aparatlar yoxdur. O, mülki klinikalarda yoxlanılmalı və müalicə olunmalıdır".

Xatırladaq ki, mayın 16-da 1 saylı Bakı İstintaq təcridxanasında C.Hacıyev vəkili ilə görüşüb. Görüş zamanı qəfildən halı pisləşən C.Hacıyevə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti