Bakı. Trend:
"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov və Alyansın Qadınlar Birliyinin sədri Sevinc Həsənova Kamenets-Podolsk şəhərin meri Mixail Semaşkeviçin dəvəti ilə Şəhər Gününə həsr edilmiş təntənəli tədbirlərdə iştirak etdilər.
Tədbirdə şəhər meri Semaşkeviç çıxış edərək bayram münasibətilə sakinləri təbrik edib.
Daha sonra "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov çıxış edərək mer və şəhər sakinlərinə sülh və firavanlıq arzulayıb. Elmar Məmmədov Ukrayna və Azərbaycan xalqları arasında dostluq əlaməti olaraq Beynəlxalq Alyansının "Dostluq" ordeni ilə Semaşkeviçi təltif edib.