...

Azərbaycanda insanlar daha çox nədən ölür?

Cəmiyyət Materials 20 İyul 2016 13:19 (UTC +04:00)
Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.
Azərbaycanda insanlar daha çox nədən ölür?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il Azərbaycanda 54 697 nəfər dünyasını dəyişib ki, bu da 2014-cü illə (54 697) müqayisədə azdır.

Ötən il dünyasını dəyişənlərin 32 825-i qan dövranı sistemi xəstəliklərindən, 7 278-i yenitörəmələrdən, 1 712-si tənəffüs orqanları xəstəliklərindən, 2 646-sı travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Azərbaycanda yeni doğulan körpələrin ölümünün əsas səbəbləri

Azərbaycanda yeni doğulan körpələrin ölümünün əsas səbəbləri

Ötən il bütün ölüm səbəbləri üzrə azalma qeydə alınsa da, yenitörəmələrdən dünyasını dəyişənlərin sayı artıb. Bu artım yalnız ötən il deyil, əvvəlki illərdə də müşahidə edilib. 2012-ci ildə yenitörəmələrdən 5 886, 2013-ci ildə 6 383, 2014-cü ildə 6 982, 2015-ci ildə isə 7 278 nəfər yeni törəmələrdən dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti