Bakı. Trend:
Paytaxtın bəzi yerlərində su verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxilə olan məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir. Bununla əlaqədar avqustun 2-də gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.