Bakı. Maksim Tsurkov - Trend:
Almaniyanın "Lufthansa" aviaşirkətinin işçilərinin keçirdiyi tətil Bakı reyslərinə də təsir edib. Bu barədə Trend-ə bu gün şirkətin Bakı nümayəndəliyindən məlumat verilib.
Verilən məlumata görə, bu gün və sabah üçün Bakı-Frankfurt-Bakı, Bakı-Aşqabad və əks istiqamət üzrə reyslər təxirə salınıb.
"Lufthansa"nın Bakı ofisi məlumat verib ki, təxirə salınan reyslərin sərnişinlərinə alternativ variantların seçilməsi məsləhət görülür.
Ümumilikdə, "Lufthansa" bu gün 912 reysini təxirə salmalı olub.