...

Azərbaycan əhalisi daha çox ərzaq mallarına pul xərcləyir (CƏDVƏL)

Cəmiyyət Materials 13 Fevral 2017 11:37 (UTC +04:00)
Azərbaycan əhalisi daha çox ərzaq mallarına pul xərcləyir.
Azərbaycan əhalisi daha çox ərzaq mallarına pul xərcləyir (CƏDVƏL)

Bakı. Trend:

2017-ci ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 1,3 faiz üstələyərək 2,6 milyard manata bərabər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlakçılara 1,3 milyard manatlıq və ya 2016-cı ilin yanvar ayına nisbətən real ifadədə 0,8 faiz çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,7 faiz çox qeyri-ərzaq məhsulları satılıb.

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2016-cı ilin yanvar ayına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

2 575,7

101,3

o cümlədən:

ərzaq məhsulları, içkilər və tütün məmulatları

1 298,2

100,8

toxuculuq məhsulları, geyim və ayaqqabılar

450,9

102,1

elektrik malları və mebel

162,5

101,2

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

19,4

101,7

əczaçılıq və tibbi mallar

36,8

101,9

avtomobil yanacağı

131,1

99,8

digər qeyri-ərzaq məhsulları

476,8

102,0

Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,1 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2017-ci ilin yanvar ayında istehlak məhsullarının 12,0 faizi hüquqi şəxs statuslu müəssisələr, 54,1 faizi fərdi sahibkarlar tərəfindən, 33,9 faizi isə bazar və yarmarkalarda satılıb.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265,7 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 31,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 133,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti