...

II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Cəmiyyət Materials 7 Aprel 2017 10:29 (UTC +04:00)
Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb.
II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Bakı. Trend:

Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə 315 məktəbdən 19958 şagird iştirak edib. Nəticələrə əsasən, 2026 şagird uğur qazanaraq olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Bilik yarışının ilk turunda şagirdlərə 30 test sualı təqdim olunub.

Olimpiadanın final mərhələsi mayın 6-da təşkil olunacaq. İlk turda olduğu kimi, final mərhələsində də 30 test sualının cavablandırılması üçün 1 saat yarım vaxt (90 dəqiqə) ayrılacaq. Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərin bədii, mücərrəd və verbal məntiqi təfəkkürü qiymətləndirilir.

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti