...

Aeroport yolunda zəncirvari qəza - Yaralılar var (FOTO)

Cəmiyyət Materials 26 May 2017 17:47 (UTC +04:00)
Bakıda zəncirvari yol qəzası baş verib.
Aeroport yolunda zəncirvari qəza - Yaralılar var (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda zəncirvari yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza Aeroport yolunda, "Buta Palace" yaxınlığında, "Opel", "Mercedes" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində yaralananların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım briqadası və yol polisləri cəlb edilib. Qəza yolda tıxaca səbəb olub. Hazırda yol polisləri tıxacın aradan qaldırılması və yolda avtomobillərin hərəkətini təmin etməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti