...

Sabah temperatur 43 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 8 Avqust 2017 12:24 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah temperatur 43 dərəcəyə yüksələcək

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək.

Zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 25-28° isti, gündüz 37-42° isti, Bakıda gecə 26-28° isti, gündüz 39-41° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 29-30°, Türkan, Hövsan, Sahil, Şıxda 30-31° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Qərb küləyi axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 38-43° isti, dağlarda gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti