...

"Mercedes" 8 mindən çox avtomobili geri çağırır

Cəmiyyət Materials 18 Sentyabr 2017 23:30 (UTC +04:00)

Bakı. Trend:

"Mercedes" Rusiyada 8,3 mindən çox "Mercedes-Benz GLE E-class" və "Mercedes-Benz GLC S-class" avtomobilini geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə sükanın elektrogücləndiricisində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ildən 2017-ci ilədək Rusiyada satılmış modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti