...

"Nizami" stansiyasında təmir işlərinin bitəcəyi son tarix açıqlandı (ÖZƏL)

Cəmiyyət Materials 20 Sentyabr 2017 14:20 (UTC +04:00)
Xatırladaq ki, metronun "Nizami" stansiyasında təmir işləri bir ildən artıqdır davam edir.
"Nizami" stansiyasında təmir işlərinin bitəcəyi son tarix açıqlandı (ÖZƏL)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı metropoliteninin “Nizami” stansiyasında təmir işləri yaxın günlərdə başa çatacaq.

Bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, təmir işləri çərçivəsində stansiyanın hər iki platformasında divarlar təmir edilib, eləcə də platformalarda və onların altında təmir işləri aparılıb.

Bundan öncə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirmişdi ki, təmir-bərpa işlərinin sentyabrın 15-də başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, metronun "Nizami" stansiyasında təmir işləri bir ildən artıqdır davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti