...

Baş nazirin müavini: Qeyri-rəsmi məşğulluq “qara mühasibatlığ”a yol açır

Cəmiyyət Materials 30 Noyabr 2017 11:53 (UTC +04:00)
Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir.
Baş nazirin müavini: Qeyri-rəsmi məşğulluq “qara mühasibatlığ”a yol açır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.

Baş nazirin müavini bildirib ki, qeyri-rəsmi məşğulluq vergidən yayınmaya səbəb olur: “Qeyri-rəsmi məşğulluq insanların sosial və əmək hüquqların qorunmasını qeyri-mümkün edir, gələcəkdə pensiya almaq hüququnu məhdudlaşdırır. Qeyri-rəsmi məşğulluq nəticəsində Dövlət Sosial Müdafiə Fonduna qanunla ödənilməli olan ödənişlər həyata keçirilmir ki, bu da gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”.

Ə.Əhmədov vurğulayıb ki, qeyri-rəsmi məşğulluq, həmçinin Azərbaycanda insanların məşğulluğu ilə bağlı dəqiq statistikanın aparılmasına mane olur.

O əlavə edib ki, qeyri-rəsmi məşğulluq “qara mühasibatlıq” deyilən amilin ortaya çıxması üçün ən mühüm səbəbdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti