...

"AFS"in direktoru: Fərid Qayıbovun rəhbərliyi altında UEG-in həqiqətən də yaxşı prezident şurası olacaq

Cəmiyyət Materials 4 Dekabr 2017 00:35 (UTC +04:00)
Yeni seçilmiş prezident Fərid Qayıbovun rəhbərliyi altında Avropa Gimnastika İttifaqının (UEG) həqiqətən də yaxşı prezident şurası olacaq
"AFS"in direktoru: Fərid Qayıbovun rəhbərliyi altında UEG-in həqiqətən də yaxşı prezident şurası olacaq

Split. Zaur Mustafayev - Trend:

Yeni seçilmiş prezident Fərid Qayıbovun rəhbərliyi altında Avropa Gimnastika İttifaqının (UEG) həqiqətən də yaxşı prezident şurası olacaq. Bunu Trend-ə Avropa Gimnastika İttifaqının sabiq direktoru və Finlandiyada AFS mədəniyyətlərarası proqramların (American Service Field) hazırkı direktoru Kirsi Yerofeyev-Enqman bildirib.

Onun sözlərinə görə, UEG Fərid Qayıbovun rəhbərliyi altında təşkilatın bütün üzv-federasiyaları ilə yeni keyfiyyətli səviyyədə əməkdaşlıq edəcək və kifayət qədər yaxşı hadisələr, çempionatlar görəcək: "Mən düşünürəm ki, həqiqətən də yaxşı prezident şurası və icraçı komitəsi, eləcə də çox motivasiyalandırılmış texniki komitələr formalaşdırılacaq".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Xəbər lenti

Xəbər lenti