...

"Excelsior Hotel & Spa Baku" otelində Milad bayramına həsr edilmiş gecə keçiriləcək

Cəmiyyət Materials 7 Dekabr 2017 10:40 (UTC +04:00)
Dekabrın 25-də “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında Milad gecəsi keçiriləcək.
"Excelsior Hotel & Spa Baku" otelində Milad bayramına həsr edilmiş gecə keçiriləcək

Bakı. Trend:

Dekabrın 25-də “Excelsior Hotel & Spa Baku” otelinin “Belveder” restoranında Milad gecəsi keçiriləcək.

Restoranın rahat nəfis mühiti, milad yolkası, şamlar, canlı romantik musiqi Milad gününün təkrarsız, səmimi qarşılanması atmosferini yaradacaq. Bir nəfər üçün biletin qiyməti 59 manat təşkil edir. Biletləri əldə etmək və yer sifariş etmək üçün “Excelsior Hotel & Spa Baku” otelinə 012 496 80 00 nömrəli telefona ya (050) 235 35 14 mobil telefonuna zəng vurun.

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova bu maraqlı aksiya ilə bağlı bildirib ki, tədbiri daha da təmtəraqlı və yaddaqalan edən məqamlardan biri oteldə yaşayan xarici qonaqların bu tədbirdə özlərini öz evlərindəki kimi hiss etməsi və tədbirə qatılmalarıdır. Tədbirin orijinal, əyləncəli və zövqlü keçirilməsi üçün bütün təşkilati işlər mükəmməl şəkildə yerinə yetiriləcək.

Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Otel 1 “İmperial” – lüks, “Royal”- lüks, 4 “Crown”-lüks, 45 “Heritage”- delüks, 9 “Düke” standart otaqlarından, konfrans zallarından, biznes mərkəzlərindən, restoranlardan, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti