...

DİM-in hazırlıq kursları fəaliyyət göstərəcək

Cəmiyyət Materials 8 Yanvar 2018 12:51 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 4-dən yeni təhsil proqramları əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətini davam etdirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan Regional Bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.

Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Qeydiyyat bu gündən başlayaraq, martın 30-dək aparılacaq.

Hazırlıq kurslarında iştirak haqqının məbləği 100 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti