...

Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görüldü

Cəmiyyət Materials 1 Mart 2018 09:17 (UTC +04:00)
Xalça muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb.
Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görüldü

Bakı. Trend:

Azərbaycan Xalça muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb.

Muzeyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xalça muzeyinin təcrübəsini Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) dünya muzeylərinə bir nümunə kimi təqdim edir.

Beynəlxalq Sənədləşmə Komitəsi muzeyin sənədləşmə prosesində yaxşı təcrübə və bu sahədə inkişaf barədə məsləhətlər verir. Bu komitə 1950-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq komitələrindən biri kimi yaradılıb. Beynəlxalq Muzeylər Şurası isə YUNESKO yanında qeyri-hökumət təşkilatı statusunda yaradılan beynəlxalq qurumdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti