...

Hazırda havada müşahidə olunan tozun miqdarı sanitar normadan 32 faiz yuxarıdır

Cəmiyyət Materials 29 Mart 2018 15:27 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.
Hazırda havada müşahidə olunan tozun miqdarı sanitar normadan 32 faiz yuxarıdır

Bakı. Trend:

Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xdimətindən Trend-ə verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 09:00-da bu göstərici 20 faiz, 12:00-da 25 faiz sanitar normadan yuxarı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti