...

Bakıda Dünya Kuboku çərçivəsində qrup hərəkətlərində yığmaların mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2018 17:48 (UTC +04:00)
Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında qrup çıxışlarda qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Bakıda Dünya Kuboku çərçivəsində qrup hərəkətlərində yığmaların mükafatlandırılma mərasimi keçirilib (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında qrup çıxışlarda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, halqalarla hərəkətdə birinci yeri Bolqarıstan təmsilçiləri, ikinci yeri italiyalı gimnastlar, üçüncü yeri isə Azərbaycan yığması tutub.

Bolqarıstanın qrup hərəkətləri yığması 3 top və 2 iplə tapşırıqların yekununda da qalib olub, onların finaldakı nəticəsi 19,050 bal təşkil edib.

Yaponiya idmançıları 18,000 balla ikinci yeri tutublar. Ukrayna təmsilçiləri eyni nəticəni göstərsələr də, bürünc medalla kifayətləniblər.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mariana Vasileva, Federasiyanın məşqçiləri Anastasiya Prosekina və Yevgeniya Jidkova, Federasiyanın meneceri Azər Novruzov və Hakimlər Komitəsinin üzvü Lyubov Çerkaşina təqdim edib.

Eləcə də Beynəlxalq Gimnastika Federasiyasının (FİG) üç nəticənin yekunları üzrə kuboku təqim olunub. Kubok italiyalı gimnatlara çatıb. Mükafatı isə FİG texniki nümayəndəsi Kerolayn Xant təqdim edib.

Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turniri keçirilib.

Xəbər lenti

Xəbər lenti