...

Deputat: Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır

Cəmiyyət Materials 4 May 2018 13:30 (UTC +04:00)
Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır.
Deputat: Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Telekanallarda elə həkimləri reklam edirlər ki, onların səviyyəsi ortadan da aşağıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

M.Quliyev qeyd edib: "Elə xəstəliklərin müalicəsini reklam edirlər ki, o xəstəlikləri poliklinikada da müalicə etmək mümkündür: “Özlərini elə göstərirlər ki, sanki Azərbaycan əhalisinin sağlamlığı bunların əlindədir, bunlar bir nömrəli kilinikalardır. Onlara bu statusu kim verib?”

Deputat bildirib ki, bu cür hallara qarşı tədbirlər görülməlidir.

Milli Məclisin deputatı Çingiz Qənizadə də televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxıb.

Deputat deyib ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz: “Özümüzü elə həkimlərdən qorumalıyıq. Nə qədər telekanallarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi, artıq telefonlar vasitəsilə də insanları cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti