...

XİN: Yaponiyada sel fəlakəti zamanı ölənlər arasında azərbaycanlı yoxdur

Cəmiyyət Materials 11 İyul 2018 10:58 (UTC +04:00)
Yaponiyada baş verən sel fəlakəti zamanı həlak olanlar arasında azərbaycanlı yoxdur.
XİN: Yaponiyada sel fəlakəti zamanı ölənlər arasında azərbaycanlı yoxdur

Bakı. Samir Əli - Trend:

Yaponiyada baş verən sel fəlakəti zamanı həlak olanlar arasında azərbaycanlı yoxdur.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bununla bağlı Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə saxlanılıb:

"Səfirlikdən aldığımız məlumata görə, hadisə nəticəsində həlak olanlar arasında azərbaycanlılar yoxdur. Bir daha Yaponiya hökumətinə, xalqına başsağlığı veririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti