...

Sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artıb

İqtisadiyyat Materials 5 Avqust 2025 15:51 (UTC +04:00)
Sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlərdə Azərbaycanda sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artmaqda davam edir.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) Trend-ə verilən məlumata görə, 2025-ci ilin I yarısında 1,83 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,7%, qeyri-neft sənayesi məhsullarının ixracında isə 28,3% (583,5 milyon manat) olub.

Bildirilib ki, hazırda ölkədə 13 sənaye zonası mövcuddur.

Qeyd edilib ki, sənaye zonalarında investisiya portfeli 8 milyard manatdan çox olan 160 sahibkarlıq subyekti rezident, 12 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti