...

Bakı-Sumqayıt avtobuslarında gediş haqqı endirildi

Cəmiyyət Materials 16 Avqust 2018 14:44 (UTC +04:00)
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı endirildi
Bakı-Sumqayıt avtobuslarında gediş haqqı endirildi

Bakı. Elçin Mehdiyev – Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomabil Nəqliyyatı Xidməti (DANX) tərəfindən Bakı-Sumqayıt (H.Z.Tağıyev) istiqamət üzrə hərəkət edən 502 saylı marşrut xəttində tarifin aşağı salınması ilə bağlı daşıyıcı şirkətə müraciət edildikdən sonra əldə olunan razılığa əsasən, tarif 80 qəpikdən 60 qəpiyə endirilib.

Bu barədə Trend-ə Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Beləliklə, bu gündən etibarən Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) istiqamətində 502 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqı üçün 60 qəpik ödəyəcəklər.

Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub.

Sərnişinlərdən süni şəkildə artıq məbləğ tələb edən sürücülərlə bağlı NRYTN-in “1655” saylı “Qaynar xətt”nə müraciət edərək məlumat vermələri rica olunur.

Əlavə olaraq qeyd edək ki, avqustun 3-dən etibarən 501 və 503 saylı marşrut xətlərində də DANX-ın daşıyıcılara müraciətindən sonra tarif 60 qəpik müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti