...

Azərbaycanda nikahlarının 5 ili tamam olmayanlar daha çox ayrılırlar

Cəmiyyət Materials 25 Sentyabr 2018 17:03 (UTC +04:00)
Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.
Azərbaycanda nikahlarının 5 ili tamam olmayanlar daha çox ayrılırlar

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.

Trend-in məlumatına görə, ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.

Maraqlıdır ki, boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin niikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.

2017-ci ildə boşanan 5398 cütlüyün nikahı 5 ilədək, 3948-nin nikahı 9 ilədək, 5168-nin nikahı 10 il və daha çox davam edib.

Ötən il 14 514 nəfər boşanmış qadının 6424-ü, yaxud 44,3 faizi 15-29 yaşlıların payına düşüb. Bu qadınların 2-si 15-17 yaşlı, 161-i 18-19 yaşlı, 2458-i 20-24 yaşlı, 3803-ü 25-29 yaşlı olub.

Azərbaycanda 29 yaşadək boşanan gənc qadınların sayı kişilərdən demək olar ki, iki dəfə çox olub.

Ümumilikdə son 10 il ərzində boşanmış gənc qadınların ən yüksək say həddi ötən il qeydə alınıb. 2016-cı ildə 15-29 yaşlı boşanmış qadınların sayı 5972, 2015-ci ildə 5052, 2014-cü ildə 3731, 2013-cü ildə 4754 və 2007-ci ildə 2712 olub.

Ötən il 3946 nəfər 15-29 yaşlı qadın 5 il qədər davam edən nikahını pozub.

2017-ci ildə qadınlardan demək olar ki, iki dəfə az- 3506 nəfər 15-29 yaşlı kişi evlilik həyatına son qoyub. Onların 4-ü 18-19 yaşlı, 574-ü 20-24 yaşlı, 2928-i 25-29 yaşlı olub.

Keçən il 15-29 yaşında boşanan qadınlar arasında 25-29 yaşlıların (3803 qadın) çoxluq təşkil etməsinə baxmayaraq, nikahının pozulmasına daha tez qərar verənlər arasında 20-24 yaşlıların sayı 25-29 yaşlılara nisbətən daha çox olub. Ötən il 5 ilə qədər davam edən nikahlarına son qoyanların 2035-i 20-24 yaşlı, 1748-i 25-29 yaşlı qadın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti