...

Mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş şəxsin ölümünün SƏBƏBİ açıqlanıb

Cəmiyyət Materials 15 Oktyabr 2018 14:19 (UTC +04:00)
Azərbaycanda mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümün səbəbi açıqlanıb.
Mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş şəxsin ölümünün SƏBƏBİ açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişmiş Bakının Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirovun ölümünün səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, ölümün bilavasitə səbəbi orqanizmin ümumu intoksikasiyası (zəhərlənmə) olub:

“Yaranın tikişi açılıb, mədə və bağırsaq möhtəviyyatı qarın boşluğuna tökülüb. Orqanizm bundan intoksikasiya verib və nəticədə şəxs bundan ölüb. Orqanizmin ümumu intoksikasiyası ölümün bilavasitə səbəbidir”.

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki "Qaranquş" sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov "Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti