...

Bilik Fondu Şirvan və Saatlıda psixoloji dəstəklə bağlı tədbirlər keçirib (FOTO)

Cəmiyyət Materials 15 Oktyabr 2018 20:35 (UTC +04:00)
"İl boyu bilik" proqramı çərçivəsində Şirvan şəhərində və Saatlı rayonunda əhaliyə psixoloji dəstək mövzularında maarifləndirici tədbirlər keçirilib.
Bilik Fondu Şirvan və Saatlıda psixoloji dəstəklə bağlı tədbirlər keçirib (FOTO)

Bakı. Trend:

Bilik Fondunun təşkilatçılığı ilə "İl boyu bilik" proqramı çərçivəsində Şirvan şəhərində və Saatlı rayonunda əhaliyə psixoloji dəstək mövzularında maarifləndirici tədbirlər keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, "Ailənin psixoloji mühiti və ona təsir göstərən amillər" mövzusunda Şirvan Gənclər Evində keçirilən tədbiri Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov açaraq, Bilik Fondu ilə birgə icra etdikləri layihələrdən söz açıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin əməkdaşları Rafiq Allahverdiyev və Şahin Əliyevin ailənin psixoloji mühitinin formalaşması və bu mühitin qorunması ilə bağlı söylədikləri mülahizələr dinləyicilər tərəfindən maraqla qarşılanıb. Tədbirdə ailə tipləri və müxtəlif tip ailələrdə böyüyən uşaqların psixoloji vəziyyəti və onların bir şəxsiyyət kimi yetişməsi, regional psixologiya və onun müxtəliflikləri, gənclərin aktiv halda təhsilə yöndəriliməsi barədə fikir mübadiləsi aparılıb. Natiqlər ailədə yaranan problemlərə görə gənclərin zərərli vərdişlərə meyl etməsindən, kütlə və fərdin psixologiyası, sosial medianın uşaq və gənclər üzərində neqativ təsirləri, ondan düzgün istifadə qaydaları haqqında geniş məlumat veriblər.

Saatlı Heydər Əliyev Mərkəzində keçirilən tədbir isə Bilik Fondunun rayon üzrə nümayəndəsi Mehriban Ağayevanın təşəbbüsü ilə gerçəkləşib. Orta məktəb psixoloqlarının iştirakı ilə keçirilmiş "Təhsilin inkişafında psixoloji dəstəyin rolu" mövzusunda elmi-praktik seminarda pedaqoji psixologiyanın əsaslarından bəhs olunub, məktəblərdə psixoloji xidmətin təşkilinin hazırki vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, psixoloji xidmətin məktəblilərə, təlim-tərbiyə prosesinə tətbiq olunması çox mühümdür, şagirdlərin təlimə marağı, uğursuzluq halları, onların yaşıdları, müəllimləri, həm də valideynləri ilə münasibətlərində yaranan problemlərin araşdırılması, ictimai həyata psixoloji hazırlığının təmin edilməsi baxımından da psixoloji xidmət mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti