...

Azərbaycanda bu il 280 mindən çox insan cərrahiyyə əməliyyatı olunub

Cəmiyyət Materials 28 Dekabr 2018 17:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İlin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülüb, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.

Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, bu il 12 sümük iliyi transplantasiyası aparılmış, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.

Eyni zamanda 2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılıb və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunub.

Son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Ümumilikdə 2018-ci ildə 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti