...

Prime Education şirkəti xaricdə təhsil təşkil edir (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2019 11:20 (UTC +04:00)
Xaricdə təhsil ölkəmizdə getdikcə populyarlaşır.
Prime Education şirkəti xaricdə təhsil təşkil edir (FOTO)

Bakı. Trend:

Xaricdə təhsil ölkəmizdə getdikcə populyarlaşır. Hər il yüzlərlə gənc ən yaxşı təhsil almaq və karyera qurmaq üçün dünyanın qabaqcıl universitetlərinə qəbul olur.

Bu gün biz Prime Education şirkətinin Xaricdə Təhsil üzrə baş məsləhətçi Günay Mustafayeva ilə görüşdük. Gunay xanım tələbələrimizi maraqlandıran bir sıra suallara cavab verdi.

- Tələbələrimiz hansı ölkələrin üniversitetləri ilə daha çox maraqlanırlar?

- Bizə müraciət edən tələbələr ən çox İngiltərə, İsveçrə, Türkiyə ve Çexiyada təhsil haqqında maraqlanırlar. Bu yaxınlarda isə İspaniya, Almaniya və Hollandiya kimi ölkələrə də maraq artıb.

- Xarici universitetlərə daxil olmaq üçün əsas tələblər hansılardır?

- Hər bir ölkənin xarici tələbələri üçün öz tələbləri var. Eyni ölkədə universitetlər arasında da tələblər fərqli ola bilər. Bu, bir çox faktorlardan asılıdır: universitetin dövlət və ya özəl olması, dünyanın aparıcı universitetlər siyahısına daxil olması və s. Əlbəttə, xaricdə təhsil almaq istəyən hər bir tələbə standart sənədləri təqdim etməlidir. Bura, dil sertifikatı, tam orta məktəbi bitirdiyi haqqında atestat və ya universitet diplomu, pasport və çox vaxt motivasiya məktubları daxildir.

- Bütün tələb olunan sənədlərin hazırlanmasında tələbələrə dəstək verirsiniz?

- Bəli, əlbəttə. Tələbələrə lazım olan bütün sənədlərin toplanılması, motivasiya məktubunun yazılması, müraciətlərin doldurulması və vizanın alınmasına kömək edirik.

- Belə xidmətlərin qiyməti nə qədərdir?

- Bütün xidmətlərimiz pulsuzdur. Biz Azərbaycanda aparıcı universitetlər və kolleclərin tərəfdaşıyıq və tələbələrə həm bu universitetlərə qəbul olmaq, həm də qəbul olunduqdan sonra təcrübə və iş axtarmaqda tam dəstək göstəririk.

- Xaricdə təhsilini davam etdirmək istəyən tələbələrin üzləşdiyi çətinliklər hansılardır?

- Mən bir neçə əsas çətinlikləri qeyd edə bilərəm. Birincisi, qəbul prosesi, bütün tələb olunan sənədlərin toplanması və vizanın alınmasıdır. Bütün bunlarla əlbəttə ki, şagirdlərimizə kömək edirik. İkincisi, tələbənin getdiyi ölkəyə uyğunlaşması, universitetdə kampus olmadığı halda mənzilin, təcrübə keçmək istəyənlər üçün imkanların axtarışı və s. Bu baxımdan, bir çox ölkələrdə tərəfdaşlarımızın köməyi ilə tələbələrimizi dəstəkləyirik.

Üçüncüsü, bir çox gəncləri dayandıran amili - maliyyə problemini qeyd edərdim. Xaricdə təhsil hər kəsin cibinə uyğun olmaya bilər, çünki tələbə təhsilini, yaşayışını, yeməyini və digər xərclərini ödəməlidir. Xoşbəxtlikdən bu cür şagirdlərə "tələbə krediti" verən beynəlxalq təşkilatlar var. Bu tələbələr yalnız universitetdən məzun olduqdan və iş tapdıqdan sonra bu krediti ödəməlidirlər. Bunun üçün lazım olan bütün sənədləri hazırlamaqla tələbələrimizə məsləhətlər verir və köməklik edirik.

- Son olaraq, xaricdə təhsil almaq istəyən gənclərə nə məsləhət verəcəksiniz?

- Öz üzərinizdə işləyin və məqsədinizə çatmamış dayanmayın. Heç bir şey bizim üçün asan deyil, amma nəticə buna dəyər. Bir diplom və ən önəmlisi, aparıcı universitetlərdə əldə olunan bilik və bacarıqlar sizin üçün bir çox qapıları aça bilər. Bunun üçün hədəflər seçin, onlara çatmaq üçün çalışın və kömək lazım olsa, Prime Education komandası bu işdə həmişə sizə kömək etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti