...

İsveçrəli müəllimin Qərbi Kaspi Universitetində dərsləri başlayıb (FOTO)

Cəmiyyət Materials 22 Fevral 2019 13:20 (UTC +04:00)
2016-cı ildən etibarən Qərbi Kaspi Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birgə əməkdaşlıq çərçivəsində MBA proqramı üzrə ikili diplom layihəsini həyata keçirir.
İsveçrəli müəllimin Qərbi Kaspi Universitetində dərsləri başlayıb (FOTO)

Bakı. Trend:

2016-cı ildən etibarən Qərbi Kaspi Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birgə əməkdaşlıq çərçivəsində MBA proqramı üzrə ikili diplom layihəsini həyata keçirir.

Trend-in məlumatına görə, layihə çərçivəsində dərslər hər iki universitetin mütəxəssisləri tərəfindən aparılır, 2 illik təhsilin yekununda tələbələr hər iki universitetin diplomunu əldə edirlər.

Layihə çərçivəsində tələbələr, həmçinin, İsveçrədə qısamüddətli yay məktəbində, təcrübə proqramında iştirak etmək imkanını əldə edirlər.

Hazırda UBİS Universitetinin müəllimi Daniel Rouranın “Research Methodologies” (Tədiqiqat metodikası) mövzusunda MBA proqramında təhsil alan magistrlar üçün dərsləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti