...

Paytaxtda bayram konsertləri keçirilir (FOTO)

Cəmiyyət Materials 23 Mart 2019 18:36 (UTC +04:00)
Paytaxtda müxtəlif kütləvi tədbirlər və konsert proqramları təşkil olunur.
Paytaxtda bayram konsertləri keçirilir (FOTO)

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram günləri ərzində paytaxtda müxtəlif kütləvi tədbirlər və konsert proqramları təşkil olunur.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq paytaxtın rayonlarında əsas meydanlardan əlavə olaraq bir çox qəsəbə və yaşayış məntəqələrində, məhəllələrdə də bayram tədbirləri keçirilir.

Paytaxtda təşkil edilmiş Novruz bayramı tədbirləri çərçivəsində mərkəz ərazilərdə keçirilən kütləvi tədbir və konsert proqramları gündəlik davam edir, Bakı şəhərinin rayonlarında isə tədbirlər qrafikə uyğun təşkil edilir.

Tədbirlər çərşivəsində bayram şənlikləri və konsertlər Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 19, 21, 23, 25 ünvanlarındakı məhəllədə və Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 49, 51, 53 ünvanlarındakı həyətlərdə təşkil olunub. Bayram tədbirlərində tanınmış incəsənət ustaları ilə yanaşı rayonların mədəniyyət ocaqlarının bədii kollektivlər xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, rəngarəng konsert proqramı ilə çıxış etmiş, pəhləvanlar öz məharətlərii göstəriblər.

Bayram tədbirləri həmçinin paytaxtın dıgər məhəllələrində də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti